Çin lideri İspaniya Baş nazirini Pekinə dəvət edib

Çin lideri Si Cinpin İspaniya Baş naziri Pedro Sançesi ölkəsinə səfərə dəvət edib.

Azpost.info xəbər verir ki, bu barədə “El Pais” qəzeti yazıb.

Məlumata görə, səfər martın 30-31-nə planlaşdırılıb.

Səfərin rəsmi səbəbi bu il İspaniya və Çin arasında diplomatik əlaqələrin qurulmasının 50 illiyidir. Lakin əsas diqqətin Ukrayna məsələsinə yönəldiləcəyi bildirilir.

Nəşr qeyd edir ki, dəvətin Si Cinpinin Rusiyaya üç günlük səfərindən dərhal sonraya təsadüf etməsi təsadüfi deyil. Belə ki, Si Cinpin Ukraynadakı münaqişənin həlli üçün özünü vasitəçi kimi təklif edib.

“Səfər zamanı İspaniya Baş nazirinin Si Cinpinin planı haqqında birinci əldən öyrənmək və Moskvanın mövqeyi haqqında məlumat almaq imkanı olacaq. Pekinin dəvəti həm də İspaniyanın artan beynəlxalq nüfuzunun sübutudur”, – qəzet yazır.

Azpost.info

Əvvəlki məqalə

Bakıda qardaşı ilə kirayədə yaşayan 16 yaşlı qız itkin düşüb

Sonrakı məqalə

FED-in yeni artım qərarından sonra manatı nə gözləyir?