Çin lideri Si Cinpin ölkəni müharibəyə hazırladığını bildirib.
Azpost.info xəbər verir ki, bu barədə “Foreign Affairs” yazıb.
Nəşrin məlumatına görə, Cinpin bu barədə Çin parlamentinin illik iclasındakı çıxışında bildirib.
Çin lideri generallarına müraciət edərək onları cəsarətli olmağa və savaşmağa çağırıb.
“Çin hökuməti müdafiə büdcəsini 7 faizdən çox artırdığını elan edib. Son on ildə bu rəqəm iki dəfə artıb. Bundan başqa, hökumət taxıl idxalından daha az asılı olmaq niyyətində olduğunu bəyan edib. Həmçinin son bir neçə ay ərzində Çin yeni hərbi hazırlıq qanunlarını elan edib və Tayvan boğazı boyunca şəhərlərdə yeni bomba sığınacaqları açıb”, – nəşr xatırladır.
“Pekində nələrinsə dəyişdiyini dünya siyasətçiləri və biznes liderləri görməyə bilməzlər. Əgər Si Cinpin müharibəyə hazırlaşdığını deyirsə, onun sözünə inanmamaq axmaqlıq olardı”, – “Foreign Affairs” yazır.
Azpost.info
