Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Çin malı ucuzdur, ona görə Azərbaycana idxalda liderdir” –

User 03 May 2024 - 20:41 (Last updated: 21 May 2025 - 20:15)
cin bazar

Azərbaycana idxalda Çin liderlik edir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 84 ölkəyə məhsul ixrac edib, 134 ölkədən idxal həyata keçiriblər. Xarici ticarət dövriyyəsi 6 milyard 428.2 milyon ABŞ dolları olub. Onun 2 milyard 651 milyon dollarını (31.7 faiz) idxal təşkil edib.

Bu il hesabat dövründə ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19.7 faizi Çinin payına düşüb. İkinci yerdə 17.8 faizlə Rusiya gəlir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Turan”a bildirib ki, son vaxtlar Çin-Azərbaycan arasında iqtisadi əlaqələr kifayət qədər yüksəlib: “Azərbaycanda daha çox Çin istehsallı avtomobillərə üstünlük verməyə başlayıblar. İdxalın yüksəlməsinin əsas səbəbini də Çindən avtomobillərin idxalının artmasıdır. Bu avtomobillərin qiyməti Avropa istehsallı avtomobillərin qiymətindən ucuzdur, ona görə də əhali onlara daha üstünlük verir”.

Deputat qeyd edib ki, Azərbaycan hökuməti Çin dövlət orqanları ilə iqtisadi əlaqələri genişləndirir.

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna Çinin həmişə idxalda ilk üçlükdə olduğunu xatırladır: “Çinin ilin əvvəlində önə çıxmağının səbəbi deflyasiyadır (Deflyasiya nəticəsində zaman keçdikcə valyutanın alıcılıq qabiliyyəti yüksəlir). Bütün dünyada qiymətlər artır, inflyasiya davamlı şəkildə gedir, amma yarım ildən çoxdur ki, Çində qiymətlər artmır, əksinə, azalır”.

Onun sözlərinə görə, Rusiyadan məhsul alınmasında əlavə problemlər yaşanır (Rusiyanın Ukraynaya təcavüzündən sonra ona Qərb ölkələri sanksiyalar tətbiq edib): “Banklararası köçürmələrdə daha sərt qaydaların tətbiq olunmasına başlanılır. Azərbaycan, Qazaxıstan belə müəyyən problemlər yaşayır. Bu da Rusiyadan mal alımının azalmasına səbəb oldu. Ona görə Çinin daim ilk üçlükdə olmasının təəccüblü bir tərəfi yoxdur”.

N.Cəfərlinin fikrincə, burada alıcılıq qabiliyyətinin də təsiri var: “Çin məhsulları istənilən halda başqa ölkələrdən gələn məhsullardan ucuzdur. Bundan öncə də belə olub. Ona görə də daha ucuz məhsulun Çindən gətirilməsi və bazara çıxarılması alıcılıq qabiliyyəti ilə də birbaşa əlaqəlidir”.

İqtisadçılar hesab edirlər ki, alıcılıq qabiliyyəti aşağı olanda əhali keyfiyyətə çox da önəm verə bilmir.

Post navigation

Previous: Nazirlik “Azərbaycanfilm” və Nizami Kino Mərkəzinin AKİ-yə verilməsini təkzib edib
Next: Putinin Çinə səfər tarixi məlum olub

Oxşar xəbərlər

ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32

xƏBƏR

Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Türkiyə Cənubi Qafqazdan keçən və regionu Türkiyə ərazisi ilə birləşdirən Orta dəhlizi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin...
Read more about Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.