Çin Fələstin xalqını öz milli hüquqlarını qorumaq istiqamətindəki haqq işində dəstəkləyir və müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır.
Azpost.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla söhbətində deyib.
Van İ gərginliyin azaldılması və Qəzza zolağında humanitar fəlakətin qarşısının alınmasının vacibliyini vurğulayıb. O, beynəlxalq ictimaiyyəti mülki şəxslərə zərər vuran istənilən hərəkətə qarşı tədbir görməyə çağırıb.
Çinli nazir regionda baş verən hadisələri şərh edərkən deyib ki, zorakılığa cavab olaraq zorakılığa əl atmaq yalnız daha çox zərərə və böhranın kəskinləşməsinə səbəb olacaq. Van İ Fələstin xalqının bölgəyə qayıtmaq və müstəqil dövlət yaratmaq hüquqlarına uzun illər laqeyd yanaşılmasını gərginliyin artmasının səbəbi kimi göstərib.
Azpost.info