Çin ordusu Tayvan ətrafında 3 günlük hərbi təlimə başlayıb

Çin ordusu Tayvan adası ətrafındakı dənizdə 3 günlük hərbi təlimə başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Döyüş Komandanlığından bildirilib.

Pekin adanın şimal və cənub sahillərinə, həmçinin Tayvan boğazının dəniz ərazilərinə və hava məkanına təyyarələr, gəmilər və personal göndərir.

Əməliyyat qrupu eyni vaxtda Tayvan adasının ətrafında patrul və hücumlar təşkil edərək hərtərəfli mühasirəyə və mühafizə mövqeyini formalaşdıracaq.

Pekin manevrləri Tayvan hakimiyyətinə “ciddi xəbərdarlıq” adlandırıb.

Bu arada, Tayvanın Baş Qərargah rəisi Tsay İnven təlimlər zamanı Vaşinqtonla əməkdaşlığın davam etdiyini təsdiqləyib. İnven ABŞ Konqresinin yüksək rütbəli rəsmiləri ilə Taypeydə görüşdə deyib ki, Tayvan azadlıq və demokratiya dəyərlərini birgə dəstəkləmək üçün ABŞ və digər həmfikir ölkələrlə işləməyə davam edəcək.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ məxfi sənədlərin sızdırılmasında Rusiyadan şübhələnir”

Sonrakı məqalə

“Azərbaycan ərazisində qanunsuz fəaliyyət qonşuluq əlaqələri ilə uzlaşmır”