Çin Pelosinin səfəri ilə əlaqədar hərbi əməliyyatlara başlayacaq

Çin Xalq Azadlıq Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Reuters-in verdiyi məlumata görə, Çinin müdafiə nazirliyi axşam saatlarında ABŞ Nümayəndələr Palatasının sədri Pelosinin Tayvana səfərinə cavab olaraq ordunu döyüş hazırlığı vəziyyətinə gətirib.

Nazirlik bununla bağlı hərbi əməliyyatlara başlanacağını bildirib.

Həmçinin, Xalq Azadlıq Ordusunun Şərq Komandanlığı bu gecədən etibarən Tayvan yaxınlığında birgə hərbi əməliyyatlar keçirəcəyini bildirib.

Əvvəlki məqalə

YAP-ın Salyan təşkilatının sədr müavini yol qəzasında ölüb

Sonrakı məqalə

Rusiya Lvov vilayətinə raket zərbələri endirib