“Çin rəhbərliyi ordunu müharibəyə hazırlayır”- ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi

“Bu onillikdə Tayvan üzərində silahlı münaqişə ehtimalı artacaq”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns bildirib.

MKİ rəhbəri bəyan edib ki, Çin rəhbərliyi ölkənin silahlı qüvvələrini 2027-ci ilə qədər müharibəyə başlamağa hazırlayır.

“Beləliklə, düzünü desəm, düşünürəm ki, bu onillikdə hərbi münaqişə riski artacaq”, – Berns deyib.

Qeyd edək ki, Tayvan məsələsi 1949-cu ildən – kommunist Çin Xalq Respublikası elan edildikdən və hakim Kuomintang Partiyasının bir hissəsi Tayvanda hakimiyyəti qurduqdan sonra açıq qalır. Pekin “vahid Çin prinsipi”ndə israr edir və bildirir ki, Tayvan Çinin ayrılmaz hissəsidir.

Azpost.info

Əvvəlki məqalə

Vilayət Eyvazov Xaçmazda sıra baxışı keçirib-

Sonrakı məqalə

Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq-