Çin Rusiya ilə ticarətdə təhlükəsiz valyutadan istifadə etməyə çağırdı- AÇIQLAMA

“Beynəlxalq valyutalar qorxutma vasitəsi və ya birtərəfli sanksiyalar üçün silaha çevrilməməlidir”.

Azpost.info xəbər verir ki, bunu Çin xarici işlər naziri Tsin Qan deyib.

Çin və Rusiya arasında ticarət məsələlərinə gəldikdə, XİN rəhbəri etibar ediləcəcək rahat bir valyuta istifadə etməyi təklif edib.

“Rusiya ilə Çin arasındakı ticarətdə hansı valyutanın istifadəsi məsələsi çox sadədir. Rahat, təhlükəsiz və etibarlı  valyutanı istifadə etməlisiniz”, – nazir qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan nefti bahalaşıb

Sonrakı məqalə

Nazirlik saxta tender müqavilələri ilə bağlı Baş Prokurorluğa müraciət etdi