Rusiya və Ukrayna Kaxovka su elektrik stansiyasının dağıdılmasından sonra mümkün qədər tez sülh danışıqlarına başlamalıdır.
Azpost.info xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Tsyun bildirib.
“Tərəflər sağlam düşüncə və təmkin nümayiş etdirməli, sülh danışıqlarını mümkün qədər tez davam etdirməlidir”, – daimi nümayəndə BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, baş verənlər bir daha bizə xatırladır ki, münaqişə şəraitində hər şey ola bilər.
O, Zaporojye AES-in təhlükəsizliyinə yaranan təhlükə ilə əlaqədar nüvə fəlakətinin qarşısını almağa çağırıb: “Nüvə fəlakəti baş verərsə, heç kim təhlükəsiz ola bilməz. Biz maksimum təmkinli olmağa, həmçinin qarşıdurmanı gücləndirə biləcək söz və hərəkətlərdən çəkinməyə çağırırıq”.
Azpost.info
