“Çin Rusiyanın G20 və digər beynəlxalq platformalardan kənarda qalmasına qarşıdır”- XİN rəhbəri

“Çin Rusiyanın G20 və digər beynəlxalq platformalardan kənarda qalmasına qarşıdır”.

Azpost.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ deyib.

O, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla G20 sammiti çərçivəsində ikitərəfli görüşü açarkən bildirib.

“Biz Rusiyanın G20 və digər beynəlxalq platformalar çərçivəsində layiqli rolunu dəstəkləyirik. Hesab edirik ki, heç kimin Rusiyanın çoxtərəfli formatlarda iştirak etmək hüququnu əlindən almaq haqqı yoxdur”, – Van İ qeyd edib.

XİN rəhbərinin sözlərinə görə, Lavrovla qarşılıqlı maraq doğuran məsələləri, həmçinin ikitərəfli münasibətlərdə sabit dinamikanı saxlamaq üçün əməkdaşlığı müzakirə etmək istəyir.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Mahmud Abbasa təbrik məktubu ünvanlayıb

Sonrakı məqalə

Sabah Milli Məclisin plenar iclasında gələn ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılacaq