“Çin saatlı bombadır”- ABŞ PREZİDENTİ

ABŞ prezidenti Co Bayden Çini “saatlı bomba” adandırıb.

Azpost.info xəbər verir ki, Bayden Pekinə zərər vermək istəmədiyini, lakin Çindən “pis şeylər” gözləmək lazım olduğunu deyib.

“Pis adamlar çətinliyə düşəndə pis işlər görürlər. Çin saatlı bombadır. Mən Çinə zərər vermək istəmirəm, amma izləyirəm”, – Bayden qeyd edib.

ABŞ liderinin fikrincə, Çin problem içindədir. O, Çində iqtisadi artımın yavaşladığına, pensiya yaşında olanların sayının əmək qabiliyyətli insanların sayından çox olduğuna diqqət çəkib. Bundan başqa, Bayden Çinin ən yüksək işsizlik səviyyəsinə malik olduğunu bildirib.

Azpost.info

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

İsti hava nə vaxta kimi davam edəcək?