Çin müəyyən mərhələdə Ukraynadakı münaqişənin həllində mühüm rol oynaya bilər.
Bu bəyanatla ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.
“Çin müəyyən mərhələdə Ukraynadakı münaqişənin həllində “müsbət və məhsuldar” rol oynaya bilər”, – Blinken bildirib.
Qeyd edək ki, bundan əvvəl Çin Xalq Respublikasının Afrika ölkələri ilə birlikdə Ukraynadakı münaqişənin həllinə kömək etməyə hazır olduğu bildirilmişdi. Həmçinin Çin rəhbərliyi dünya ictimaiyyətini münaqişənin gərginləşməsini dayandırmağa çağırmışdı.