“Si Cinpin və Bayden arasında görüşə hazırlıq gedir”- ÇİN XİN

Çin və ABŞ ölkə liderləri Si Cinpin və ABŞ prezidenti Co Bayden arasında San-Fransiskoda görüşün təşkili üçün əməkdaşlığa hazır olduqlarını bəyan ediblər.

Azpost.info xəbər verir ki, bu barədə Çin XİN rəhbəri Van İ ilə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşdən sonra bildirilib.

“Hər iki tərəf San-Fransiskoda iki liderlərin görüşünün təşkili üçün birgə səylər göstərməyə razılaşıblar”, – bəyanatda deyilir.

Beləliklə, Pekin Çin liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində amerikalı həmkarı ilə görüşmək planlarını təsdiqləyib.

Azpost.info

Əvvəlki məqalə

Qazaxıstanda Matəm Günü elan edilib

Sonrakı məqalə

Sabah hava necə olacaq?