“Çin strateji kommunikasiya və koordinasiyanı gücləndirmək üçün Rusiya ilə əməkdaşlığa hazırdır”.
Azpost.info xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin nümayəndəsi Tan Kefey brifinq zamanı deyib.
“Çin və Rusiya arasında dostluq günü-gündən möhkəmlənir. Çin-Rusiya münasibətləri “soyuq müharibə” dövrünün hərbi siyasi ittifaqı deyil, dövlətlər arasında münasibətlərin bu modelini üstələyir”, – Keyfey bildirib.
O, əlavə edib ki, hər iki dövlətin orduları birgə müntəzəm hava və dəniz patrulları həyata keçirəcək, hərbi təlimlər təşkil edəcək: “Moskva və Pekin beynəlxalq ədaləti birgə müdafiə etmək, eləcə də hərbi sahədə qarşılıqlı etimad yaratmaq əzmindədir”.
Martın sonunda Rusiya prezidenti Vladimir Putin açıq hərbi-texniki əməkdaşlığa və birgə təlimlərə baxmayaraq, Moskva və Pekinin hərbi ittifaq yaratmadığını bildirib. Onun fikrincə, Qərb dövlətləri fərqli davranaraq “qlobal NATO” yaradırlar.
Azpost.info