Çin və Hindistan BMT Təhlükəsizlik Şurasında Donetsk və Luqansk “Xalq Respublikalarının”, həmçinin Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsini pisləyən səsvermədə iştirakdan imtina ediblər.
Azpost.info xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Cyun bildirib ki, BMT Təhlükəsizlik Şurası obyektiv və qərəzsiz olmalı, tərəflər isə münaqişəni diplomatiya yolu ilə həll etməlidir: “Təşkilatın hərəkətləri vəziyyəti sakitləşdirməyə və böhranı həll etməyə kömək etməlidir, bunun əksinə deyil”.
Öz növbəsində, Hindistanın BMT-dəki nümayəndəsi bildirib ki, gərginliyin artması heç kimin marağında deyil və münaqişənin həlli üçün danışıqlar aparmaq lazımdır.
Azpost.info
