Çinin Ciansu vilayətinin Usi şəhərində kafedə partlayış baş verib. “RİA Novosti” agentliyinin  verdiyi məlumata görə, şəhərin Sişan rayonunda baş verən partlayışa səbəb qaz sızması olub. Yerli vaxtla saat 11.00-da baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.