Çində koronavirusa yoluxanların 82 faizi sağalıb

15 Mart 2020 - 11:35

Çində yeni növ koronavirusa yoluxan xəstələrin sayı hər gün azalır.

Bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat verib.

Qeyd olunur ki, virusa yoluxan insanların 82,7% -i artıq xəstəxanalardan evə buraxılıb. ÇXR-də koronavirusdan ölüm nisbəti hazırda 3,95% -dir.