Çində peyvənd labaratoriyasına qaz sızdı-

Minlərlə insan bakteriyaya yoluxdu
19 Sentyabr 2020 - 09:09

Çində heyvanlar üçün peyvənd istehsal edən müəssisədə qaz sızması nəticəsində minlərlə insan bakterial xəstəliyə yoluxub.

“Daily Mail” tibb işçilərinə istinadla xəbər verir ki, 2,9 milyon əhalisi olan Lançjouda 3 245 nəfər burselyoz xəstəliyinə tutulub.

Sözügedən şirkətin peyvənd istehsalı lisenziyası ləğv edilib.

Zərərçəkənlərə oktyabr ayına qədər təzminat ödənəcəyi bildirilib.