Çində toylar qadağan olundu

31 Yanvar 2020 - 16:15

Çin hakimiyyəti vətəndaşlara müraciət edərək 02.02.2020 tarixə təyin edilmiş toy mərasimlərini təxirə salmağa çağırıb.

Azpost.info bildirir ki, bu barədə Çinin mülki administrasiyasından məlumat verilib. İdarənin məlumatına görə, həmin gün üçün çoxsaylı bayram tədbirləri planlaşdırılıb. Lakin koronavirus təhlükəsinə görə, problemlər yaşana bilər.

Çində bu təqvimə ciddi maraq var. Rəqəmlərin belə üst-üstə düşməsi hər min ildən bir baş verir.

Ölkənin bir çox regionları üçün bu, tövsiyə xarakteri daşısa da Xubey və Pekində toy etmək rəsmən qadağan olunub. Məmurlar deyib ki, təntənəli mərasimlərin keçirildiyi məkanlar müntəzəm dezinfiksiya edilir.