“Çindən, xüsusən də ölkə rəhbəri Si Cinpindən danışıqlarla bağlı təklif gəlməyib”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Çindən vasitəçilik təklifi almamışam. Görüş təklifi gəlməyib”, – Ukrayna lideri bildirib.
Zelenski əlavə edib ki, daha əvvəl diplomatik kanallar vasitəsilə Çin lideri ilə danışmaq istədiyini bəyan edib.
Azpost.info