Çindən Azərbaycana gələn bir neçə tələbə həkim nəzarətinə götürülüb- BİRGƏ MƏLUMAT

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Səhiiyə Nazirliyindən APA-ya verilən xəbərə görə, məlumatda qeyd edilir ki, koronavirus ilk aşkar olunan Çinin Uhan şəhərindən Azərbaycana gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra onların tibbi müşahidədə saxlanılması üçün xüsusi tibb müəssisəsi ayrılıb.

Yanvar ayının 30-da Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssəsində həkim nəzarətindədir. Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur. Karantin müddəti bitdikdən sonra tələbələr evə buraxılacaqlar.

Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstan Senatının sədri Azərbaycana gələcək

Sonrakı məqalə

Rusiyada qondarma “DQR”-in Nümayəndəliyi var –