Rusiyada qondarma “DQR”-in Nümayəndəliyi var –“Bakı bizi tanısa 6 rayonu qaytarmağı müzakirə edərik”

“Azərbaycan bütün ərazilərin azad olunmasını, Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasını tələb edir”.

Azpost.info bildirir ki, bu sözləri qondarma “DQR”-in Rusiyadakı “nümayəndəliyinin” rəhbəri Albert Andryan “Pravda” qəzetinə müsahibəsində deyib.

Andryanın sözlərinə görə, Ermənistanda və Qarabağda işğal olunmuş rayonların qaytarılması  barədə heç bir müzakirə aparılmır: “Biz bu məsələni danışıqlarda ilkin məqsəd hesab etimirik. Bütün bu ərazilər müharibənin nəticəsində yaranan ərazidir”.

Andriyan deyib ki, işğal olunmuş rayonlar “Konstitusiyaya” görə   “respublikanın” tərkibinə daxildir:  “Əgər rayonların qaytarılması ilə bağlı məsələ qalxarsa bu yalnız tərəflər arasında sülh bağlandıqdan, beynəlxalq tanınmadan  sonra mümkün ola bilər”-deyə o, həyasızcasına vurğulayıb.

Onun sözlərinə görə danışıqlar çox çətin gedir. Çünki əvvəlcədən tərəflərin mövqeyi tam fərqlidir.

Separatçı rejimin nümayəndəsi etiraf edib ki, Dağlıq Qarabağ sakinləri xarici ölkələrə səfər edərkən Ermənistan pasportundan istifadə edirlər. “Bu, insanların Ermənistan hüdudlarından kənara çıxmaları üçün lazımdır”.

 Bununla bərabər bu başabəla “nümayəndə” etiraf edib ki, hazırda Ermənistan tam blokada vəziyyətinə düşüb: “Rusiyaya aparan yeganə yol Gürcüstandan keçir. İranla müəyyən sərhəd var. Qalan bütün sərhəd əraziləri Ermənistan üçün bağlıdır. Bu Ermənistanın iqtisadi inkişafını çox ciddi şəkildə ləngidir”.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyada separatçı rejimin “nümayəndəliyi”nin fəaliyyət göstərməsi yumşaq desək anlaşılmazdır. Üstəlik onun Rusiya Kommunist Partiyasının əsas KİV-i olan “Pravda” qəzetində müsahibə verməsi və “nümayəndə” kimi təqdim olunması qonşu ölkənin Prezident və XİN-in münaqişə ilə bağlı rəsmi bəyanatlarına kölgə salır.

Azpost.info

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çindən Azərbaycana gələn bir neçə tələbə həkim nəzarətinə götürülüb

Sonrakı məqalə

Hərbi prokurorluğun 14 əməkdaşı məsuliyyətə cəlb olunub