Çindən Gürcüstana səfər edənlər koronavirusla bağlı yoxlanışdan keçiriləcək

3d49adda-1051-4de3-a9e4-1eec342eb9c8

“Tbilisi beynəlxalq hava limanında koronavirusla bağlı xüsusi yoxlamalar həyata keçiriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, Çindən Gürcüstana səfər edən bütün sərnişinlər xüsusi cihazlarla tibbi yoxlanışdan keçiriləcək: “Xüsusi diqqət yüksək risk zonalarından olan ziyarətçilərə yetiriləcək. Epidemioloji xidmət səfərbər olunub, həkimlər 24 saat iş rejimində fəaliyyət göstərirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir