Çingiz Əsgərov Ali Məhkəmə sədrinin müavini təyin edildi- SƏRƏNCAM

Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni sədr müavini təyin olunub.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla, Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilib.

Qeyd edək ki, Çingiz Əsgərov Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) salahiyyətli nümayəndəsi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ali Məhkəmənin Cinayət və Mülki kollegiyalarının sədrləri vəzifələrindən azad olunub

Sonrakı məqalə

Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyib