Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

Çinin sabiq müdafiə nazirləri Vey Fenhe və Li Şanfu partiya intizamını pozduqlarına görə Çin Kommunist Partiyasının (ÇKP) sıralarından xaric ediliblər.

Bu barədə qərar ÇKP-nin Mərkəzi Komitəsinin siyasi bürosunun iyunun 27-də keçirilən iclasında qəbul olunub. Hər iki sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Çin Xalq Azadlıq Ordusunun ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın intizam və nəzarət qurumu sabiq nazirlər haqqında ötən il başlatdığı təhqiqatı yekunlaşdıraraq işi hərbi prokurorluğa göndərib.

Mərkəzi Hərbi Şura bir müddət əvvəl sabiq nazirləri hərbi xidmətdən kənarlaşdırmaqla yanaşı, onları general rütbəsindən məhrum edib.

Qeyd edək ki, Vey Fenhe 2018-ci ilin martından 2023-cü ilin martınadək, Li Şanfu isə 2023-cü ilin martından oktyabrınadək Çinin müdafiə naziri vəzifəsində çalışıblar.

Əvvəlki məqalə

Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib

Sonrakı məqalə

Lerikdə 5 bal gücündə zəlzələ olub