“Çinin təklif etdiyi “sülh planı”na etibar etmək olmaz”- Stoltenberq

“Rusiya ilə Ukrayna arasında münaqişənin diplomatik yolla həlli üçün Çinin təklif etdiyi “sülh planı”na etibar etmək olmaz”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq bildirib ki, Pekin Ukraynaya qanunsuz işğalı qınamaq iqtidarında deyil: “Çinə o qədər etibar etmək olmaz. Çünki o, Ukraynanın qeyri-qanuni işğalını pisləmək iqtidarında belə, deyil”.

Baş katib işğal ərəfəsində – 2022-ci ilin fevralında Rusiya və Çin arasında “sərhədsiz tərəfdaşlıq” haqqında sənəd imzalandığına da diqqət çəkib.

Stoltenberq onu da qeyd edib ki, NATO Çinin Rusiyaya öldürücü silahlar ötürməsini hələ ki görmür: “Lakin biz Çinin Rusiyaya hərbi yardım göndərməyi planlaşdırdığına və nəzərdən keçirdiyinə dair işarələr görürük. Çin bunu etməməlidir. Çünki bu halda o, beynəlxalq hüquqa zidd olaraq qanunsuz işğalı da dəstəkləmiş olacaq”.

Azpost.info

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Çin Rusiyaya öldürücü silahlar verməsi ən son hədd olardı”