“Çinin Ukrayna üzrə “sülh planı” fiaskoya uğradı”- "Wall Street Journal”

Çinin Rusiya ilə Qərb arasında vasitəçilik və Ukrayna münaqişəsinin həlli planını təklif etmək cəhdi nəticəsiz başa çatıb.

Azpost.info xəbər verir ki, Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Moskva və Kiyevə, eləcə də Varşava, Berlin, Paris və Brüsselə səfərlərdən əliboş qayıdıb.

“İndi bütün tərəflər üçün özünü danışıqlar masası arxasına əyləşməyə məcbur etmək olduqca çətindir”, – o, bu gün  Pekində keçirdiyi mətbuat konfransında deyib.

Bununla belə, Li Hueyin sözlərinə görə, onun Vladimir Putin, Vladimir Zelenski və Aİ diplomatları ilə danışıqlar aparmasının məqsədi “sürətli nəticə” əldə etmək deyildi.

“Müxtəlif tərəflərin mövqelərini daha yaxşı başa düşmək və Çinin sülh danışıqlarının irəliləyişinə dair mövqeyini çatdırmaq daha vacibdir” – deyən Li Çin lideri Si Cinpinin 12 bəndlik uzun “sülh planı”na istinad edərək bildirib.

Linin Avropa danışıqlarının nəticəsi ilə tanış olan mənbələr “The Wall Street Journal”a bildiriblər ki, Huey işğal edilmiş Ukrayna ərazilərinin Rusiyada qalmasında israrlı olub: “Çinin mövqeyi Kremlin müharibəni uduzmasının və nüvə silahından istifadənin reallığa çevrildiyi zaman uçurumun kənarına gəlməsinin qarşısını almaqdır”.

Li özü Rusiyanın işğal olunmuş torpaqları saxlaması tələblərini rədd edib. “Wall Street Journal”ın yazdığı bu avropalı məmurun kim olduğunu bilirəm, lakin bu xəbərlər həqiqətə uyğun deyil”, – o, mətbuat konfransında deyib.

Bununla belə, çinli diplomat etiraf edib ki, Pekin Ukraynanı Qərb silahları ilə təchiz etməyə qarşıdır: “Əgər biz həqiqətən də hərbi əməliyyatları dayandırmaq, insanların həyatını xilas etmək və sülh gətirmək istəyiriksə, o zaman döyüş meydanına silah göndərməyi dayandırmaq vacibdir”.

Azpost.info

Əvvəlki məqalə

Tokayev Almaniyaya 1 milyon tondan çox neft təklif etdi

Sonrakı məqalə

Müştərilərin “GünayBank”da qalan pullarını bu bank ödəyəcək –