“Avropa İttifaqı ilə Çin arasındakı münasibətlərin necə olmasını Pekinin Rusiyanın Ukraynadakı müharibəsinə münasibəti müəyyənləşədircək”.
Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.
“Çinin Putinin müharibəsinə necə reaksiya verəcəyi həlledici amil olacaq. Hələliksə Si Cinpin Ukraynanın qəddar və qeyri-qanuni işğalından hiddətlənmir və Putin Rusiyası ilə dostluğuna sadiq qalır”, – o bildirib.
Komissiya rəhbərinin sözlərinə görə, Çin ədalətli sülh axtarışında konstruktiv rol oynamağa borcludur. Lakin bu sülh o zaman ədalətli ola bilər ki, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslansın.
Ursula fon der Lyayenin gələn həftə Fransa prezidenti Emmanuel Makronla birlikdə Pekinə səfəri gözlənilir.
Azpost.info
