Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Çıxışları və kitabları Boris Consona milyonlar qazandıracaq

User 08 İyul 2022 - 19:20 (Last updated: 21 May 2025 - 20:15)
conson

Boris Conson Britaniyanın Baş naziri postunu tərk etdikdən sonra gəlirini xeyli artıracaq, çıxışlardan və kitablardan milyonlarla funt-sterlinq qazanacaq.

“The Times” qəzeti bu barədə Boris Consonun bioqrafı Endryu Himsona istinadla məlumat yayıb.

Onun sələfləri postlarını tərk etdikdən sonra korporativ tədbirlərdə çıxışlarına görə yüksək məbləğdə qonorar alıblar. 2016-2019-cu illərdə Böyük Britaniyanın Nazirlər Kabinetinə rəhbərlik etmiş Tereza Mey son üç il ərzində Seul və Kopenhagen də daxil olmaqla, müxtəlif paytaxtlarda çıxış edərək 2,1 milyon funt sterlinq (2,5 milyon dollar) qazanıb.

2019-cu ildə Boris Conson xarici işlər naziri vəzifəsini tərk etdikdən sonra (2016-2019) Hindistanda çıxışına görə 122 min 900 funt-sterlinq qonorar alıb. Bundan öncə o, “The Daily Telegraph” qəzetinin icmalçısı kimi ildə 275 min funt-sterlinq gəlir əldə edib.

Boris Conson 2015-ci ildə ingilis şairi və dramaturqu Uilyam Şekspirin “Şekspir: Dahinin sirri” adlı tərcümeyi-halı üçün “Hodder & Stoughton” nəşrındən 88 min funt sterlinq (104 800 dollar) avans alıb. Ümumilikdə isə müqavilənin dəyəri yarım milyon funt-sterlinq (595 milyon dollar) təşkil edib. Tərcümeyi-halın 2016-cı ildə dahi şairin ölümünün 400-cü ildönümü ilə üst-üstə düşməsi nəzərdə tutulurdu, lakin müəllif xarici işlər naziri təyin olunduqdan sonra sifarişçilər nəşri təxirə salmağa razılıq verib.

Consonun “Hodder & Stoughton” üçün yazdığı başqa bir kitab – Uinston Çörçillin tərcümeyi-halıından bəhs edən “Çörçill faktoru: Bir insan tarixi necə yaradıb” (2014) adlı kitabı birmənalı qarşılanmasa da, bestsellerə çevrilib.

Xatırladaq ki, iyulun 7-də Boris Conson Böyük Britaniyanın Baş naziri və Mühafizəkar partiyanın lideri vəzifələrini tərk etmək qərarına gəldiyini açıqlayıb. O, yeni seçkilərə qədər hökumətə və partiyaya rəhbərlik edəcək(azərtac).

Post navigation

Previous: Güzəştli mənzil satışı işi üzrə 1 nəfər beynəlxalq axtarışa verilib
Next: Azərbaycanda daha 59 nəfər COVID-19-a yoluxub

Oxşar xəbərlər

kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.