Boris Conson Mühafizəkarlar partiyasından olan deputatları onun Baş nazirliyə namizədliyini dəstəkləməyə çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə “Telegraph” məlumat yayıb.
“Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson mühafizəkar millət vəkillərini “Downing Street”ə möhtəşəm bir dönüş üçün onu dəstəkləməyə çağırır”, – nəşr yazır.
Məlumata görə, Conson dəstək üçün keçmiş maliyyə naziri Rişi Sunaka da müraciət edib.
Bu arada, Böyük Britaniyadakı bukmeker kontorları keçmiş Baş naziri hökumətə başçılıq etmək üçün favoritlərdən biri hesab edirlər. Lakin Baş nazir postu uğrunda mübarizədə Rişi Sunak lider olaraq qalır.
Azpost.info