COP29-dan gözlənilən yekun sənədlər üzrə danışıqlar gündəliyinə aydınlıq gətirilib

COP29-dan gözlənilən yekun sənədlər üzrə danışıqlar gündəliyinə aydınlıq gətirilib.

Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş danışıqçısı, Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu gün jurnalistlər üçün keçirilən COP29 Sədrliyinin ilk mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan konfransa ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır. Bildirilib ki, COP29 danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur və danışıqların uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəal iş aparılır. (APA)

Əvvəlki məqalə

Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Sonrakı məqalə

Azərbaycanda genişzolaqlı internetə çıxış imkanı neçə faizdir?