“COP29-un təşkilatçılığı gözlədiyimdən də əla oldu” –Amerikalı alim

Azərbaycan COP29-un təşkilatçılığı baxımından gözlədiyimdən də əla iş gördü, qonaqpərvərlik və çox uğurlu ev sahibliyi nümayiş etdirir. Hesab edirəm ki, bu, Azərbaycan üçün böyük bir hadisədir. Gördüyünüz işə görə fəxr etməlisiniz.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizə gələn amerikalı alim, iqlim dəyişikliyi və milli təhlükəsizlik məsələləri üzrə aparıcı ekspert Eqon Çolakian deyib.

“İndi əsas məsələ iqlim dəyişikliyi üçün maliyyələşmədir. Dünyanın maliyyə məsələsi üzərində işləməkdən başqa yolu yoxdur. Biz iqlim problemi yaşayırıq. Mən Vaşinqtonda yaşayıram. Floridada qasırğalar, Havayda yanğınlar, həmçinin Kaliforniyadan Sakit okeanın şimal-qərbinə qədər böyük ərazidə meşə yanğınları var. Bunların öhdəsindən gəlmək üçün birlikdə mübarizə aparmalıyıq”, – deyə o diqqətə çatdırıb.

Əvvəlki məqalə

“Qraf Monte Kristo” filmi rəqəmsal formatda təqdim olunub

Sonrakı məqalə

Prezident BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb