Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

COVID peyvəndi ürək xəstəliklərinin artma səbəbidir? –

User 20 İyun 2023 - 14:35 (Last updated: 21 May 2025 - 20:15)
resad

Bugünkü statistik reallıqlara baxanda nəinki ölkəmizdə, eləcə də dünyada ürək-damar sistemi xəstəliklərinin sayında xüsusi artım yoxdur.

Bunu APA-ya açıqlamasında ürək-damar cərrahı, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, ürək-damar xəstəlikləri say baxımından həmişə dünyada birinci yerdə olub, bu gün də elədir və ani ölümlərin bir nömrəli səbəblərindəndir: “Əfsus ki, insanlarımız KİV-də bu barədə gedən məlumatların sürətlə yayılmasına görə elə zənn edirlər ki, ürək-damar sistemi xəstəliklərinin sayında artım var. Lakin ürək-damar sistemi xəstəliklərinin sayında artım müşahidə edilmir, bu həmişə bir nömrəli problemlərdən olub”.

Rəşad Mahmudov COVID-19 əleyhinə vurulan peyvəndlərin ürək-damar sistemi xəstəliklərini artırması ilə bağlı məqama aydınlıq gətirərkən isə bildirib ki, bununla bağlı sübut edilmiş heç bir məlumat yoxdur: “Bununla bağlı heç bir fakt olmadan belə bir fikrin yayılması peyvəndlərə qarşı əks təbliğata çevrilə bilər ki, bu da ürək-damar sistemi xəstəliklərindən daha ciddi problemlərin ortaya çıxmasına səbəb ola bilər.

Rəşad Mahmudov həmçinin bildirib ki, anidən vəfat edən jurnalist Zülfüqar Hüseynzadə və operator Tural Qasımovun peyvənd olunmamışdan əvvəl ürək-damar sistemində problem olub: “Zülfüqar Hüseynzadə peyvənd olunmamışdan əvvəl ürək problemi yaşayıb, həyati təhlükə yaşadığı zamansa ürəyinə stend qoyulub. O risk qrupunda olan şəxslərdən idi. Təəssüf ki, daha əvvəldən ürək probleminin olması və qəfil tutma zamanı gecə, dağ şəraitində yardım göstərilə bilinməməsi həyatını itirməsi ilə nəticələndi”.

O bildirib ki, risk qrupunda olanların vaxtında həkimə müraciət etməsi önəmli olsa da, daha vacib olan qidalanma və həyat tərzinə fikir verməkdir: “Həyatımız get-gedə süniləşir. Özümüzü qorumaq üçün imkan daxilində təbii qidalara üstünlük verməyimiz və aktiv həyata meyilliliyimizi artırmalıyıq. Dövrümüzün bəlası olan internetin şərait yaratdığı informasiya yükü və hərəkətsiz həyat tərzindən bacardığımız qədər özümüzü müdafiə etməliyik. Gündəlik 5 km yerimək çox faydalıdır. Bu xərçəng xəstəliyindən qorunmaqda da bir nömrəli üsullardandır. Digər məqam isə təbii ki, zərərli vərdişlərdən uzaq olmaqdır”.

Post navigation

Previous: Dərmanların qiyməti niyə bahadır? –
Next: Paşinyan Şuşa döyüşlərindən danışdı, hərbçilər onu aldadırmış –

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.