“Çox utanıram, vicdan əzabı çəkirəm” –Həbs olunmuş icra başçısı danışdı, “peşmanam” dedi

“Bu kimi əməllərimə görə, peşmançılığımı çəkilrəm”.

Azpost.info bildirir ki, bu sözləri həbs olunmuş Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev DTX-nın əməliyat çəkliş qrupuna izahatında bildirib.

Sabiq başçı törətdiyi əməllərinə görə utandığını deyib: “Mən şəxsən özüm buraxdığım səhvlərə görə, bu günkü durumuma görə, çox utanıram, vicdan əzabı çəkirəm”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Siyavuş Novruzov:

Sonrakı məqalə

Elman Rüstəmov: