“Crocus City Hall”da terror aktında ölən 134 nəfərin kimliyi müəyyənləşib

İstintaq “Crocus City Hall”da terror hücumu zamanı ölən 134 nəfərin şəxsiyyətini müəyyən edib.

Bu barədə Rusiya Federasiyasının (RF) İstintaq Komitəsi məlumat yayıb.

“Hazırda istintaq terror aktı nəticəsində həlak olan 134 nəfərin şəxsiyyətini müəyyən edə bilib. Hələ kimliyi müəyyənləşdirilməmiş cəsədlərlə bağlı genetik müayinələr aparılır”, – məlumatda deyilir.

Əvvəlki məqalə

Hərbi İnstituta və xüsusi təyinatlı hərbi kolleclərə qəbul başlanıb –

Sonrakı məqalə

İndoneziyada silah anbarında partlayış baş verib