Çubays İsrailə yardıma görə dövlətə xəyanətdə ittiham olundu

Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi və “Rusnano”nun keçmiş rəhbəri Anatoli Çubays İsraildə HƏMAS-ın hücumundan zərərçəkənlərə humanitar yardım göstərdikdən sonra Dövlət Duması onunla bağlı yoxlama aparılmasına çağırış edib.

Azpost.info xəbər verir ki, Dumanın deputatı Sultan Həmzəyev bildirib ki, Çubays Rusiyadan kapitalın mümkün çıxarılması ilə bağlı yoxlanılmalıdır,

O, FTX və İstintaq Komitəsinə müvafiq sorğular hazırlayıb göndərəcəyini bildirib.

“Bir il əvvəl o, ölkəni tərk etdi, indi humanitar yardım çatdırır və İsrailə sadiqliyini açıq şəkildə göstərmək istəyir. Mənim anlayışıma görə, yüksək rütbəli sabiq məmurun bu davranışı dövlətə xəyanətdir”, – Həmzəyev qeyd edib.

Onun sözlərinə görə, Çubaysın kimin pulu ilə dolandığı və humanitar yardım göstərmək üçün maliyyəni haradan aldığı bəlli deyil: “Hesab edirəm ki, “Rusnano”nu yoxlamaqdan əlavə, Çubays və onun qohumları tərəfindən kapitalın Rusiyadan mümkün çıxarılmasını diqqətlə yoxlamaq lazımdır”.

Azpost.info

Əvvəlki məqalə

Öldürülən müğənninin qaynı danışdı –

Sonrakı məqalə

Diplomatik korpusun nümayəndələri Füzulidə səfərdədir