Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayıb

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda start götürən Avropa çempionatında cüdoçularımız mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Tokio-2020”yə lisenziya xarakterli yarışın birinci günündə 3 idmançımız tatamiyə çıxacaq. Kişilər arasında Kəramət Hüseynov (60 kq) moldovalı Nikolae Foca, Orxan Səfərov israilli Amit Boboviç, Nicat Şıxəlizadə (hər ikisi 66 kq) isə slovakiyalı Matej Poliak ilə üz-üzə gələcəklər.

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pediatr: “Uşaqlar COVID-19-un gizli daşıyıcıları ola bilər”

Sonrakı məqalə

Cəriməsi olan avtomobillərin Rusiyadan Azərbaycana girişinə icazə verilməyəcək