“Zəngəzur dəhlizi yaradılarsa ermənilər İrana getmək üçün Azərbaycanın razılığını və icazəsini almalı olacaqlar”.
Azpost.info “ParsToday”a istinadən bildirir ki, bunu Qafqaz üzrə iranlı ekspert Məhəmməd İsmayıl Əlixan deyib.
Ekspert qeyd edib ki, Ermənistan Azərbaycana İranla sərhəddə ərazi versə, İranla qonşu olmaqdan çıxacaq: “İran Ermənistanla ən qısa ümumi sərhədə malikdir (38 km). Bu, İran və Avropa arasında əlaqə qapısıdır və böyük əhəmiyyət kəsb edir”, – Əlixan əlavə edib.
Azpost.info