Dəniz Baykal “donuz qripi”nə yoluxub

23 Yanvar 2020 - 22:48

CHP-nin keçmiş lideri Dəniz Baykal “donuz qripi” olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, influenza virusuna yoluxan siyasətçi yüksək temperatur, halsızlıq şikayəti ilə xəstəxanaya yerləşdirilib. Baykalın müalicəsinə başlanılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səhiyyə naziri Fəxrəddin Koca Baykala zəng edərək şəfa diləyiblər.