Dərman qiymətlərinin aşağı həddinin müəyyən edilməsi məqsədəuyğun hesab olunmur-Nazirlik

Dərman vasitələrinin qiymətlərinin aşağı həddinin müəyyən edilməsi hazırda məqsədəuyğun hesab olunmur.

Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Kəmaləddin Qafarovun sualını cavablandırarkən deyib.

O bildirib ki, bunun bazar qaydalarına uyğun olmadığını düşünürlər.

Qeyd edək ki, deputat dərmanların yuxarı həddinin müəyyən edilib, aşağı həddinin müəyyən olunmamasının bazarda rəqabəti poza biləcəyi fikrini irəli sürüb.

Əvvəlki məqalə

Müharibənin dayandırılması üçün ilk cəhd oktyabrın 7-də Putinin ad gününü təbrik edən zaman edildi-

Sonrakı məqalə

Ceyhun Bayramov Londonda Xəzər dənizi ilə bağlı konfransa qatılıb-