“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

02 Sentyabr 2020 - 20:06

“Mədəniyyət” telekanalı və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 3-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da IV sinif – Azərbaycan dili; Riyaziyyat; 10:35-də VII siniflər üçün İnteqrativ dərs, 10:55-də – Müəllimdən məktub, 11:00-da Futbol məşğələsi olacaq.