“Dərin ərzaq böhranı astanasındayıq” –Putinin mətbuat katibi

“Rusiyaya qarşı qeyri-qanuni məhdudiyyətlər dərin ərzaq böhranına səbəb ola bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, taxıl problemi Rusiyanın gündəmindədir: “Bu mövzu müxtəlif kanallar vasitəsilə müzakirə olunur. Həqiqətən də çox dərin ərzaq böhranı astanasındayıq”.

Peskov qeyd edib ki, ərzaq böhranı həm də Ukrayna hökumətinin hərəkətləri ilə bağlıdır: “Qara dəniz limanlarına yaxın yerləri minalayıblar və oradan buğda daşımırlar. Rusiya onlara heç bir halda mane olmur”.

Peskov Rusiya və Türkiyə XİN rəhbərləri arasında bu mövzuda danışıqların planlaşdırıldığını təsdiqləyib.

Azpost.info

Əvvəlki məqalə

Lənkəran Dövlət Universitetində “Şuşa ili” qeyd olunub –

Sonrakı məqalə

“İsveç və Finlandiyadan hələ də təklif almamışıq” –