“Dərs vaxtı”:mayın 25-nə olan cədvəli açıqlanıb

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı”nın mayın 25-nə olan cədvəli açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da VI sinif – Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 10:50-də V sinif – Riyaziyyat, Tarix, Informatika-Rəqəmsal bacarıqlar; 11:30-da – Məktəbəhazırlıq; 11:40-da IV sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:10-da III sinif – Azərbaycan dili, İngilis dili; 12:40-da II sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 13:10-da I sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, İngilis dili dərsləri olacaq.

Rus dili bölməsi üçün saat 13:50-də – Məktəbəhazırlıq; 14:00-da V sinif – Rus dili, Riyaziyyat, İnformatika-Rəqəmsal bacarıqlar; 14:35-də VI sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:20-də XI sinif şagirdlərinə Rus dili, Riyaziyyat, Fizika dərsləri olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu axşam Fitr bayramıdır

Sonrakı məqalə

Sahibkarlara maliyyə dəstəyi ilə bağlı müraciətlərin müddəti yekunlaşır