“Dərs vaxtı”:sabaha olan cədvəl açıqlanıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı”nın iyunun 9-na olan cədvəli açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:15-də VIII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 11:05-də VII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 11:55-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət, İnformatika-Rəqəmsal bacarıqlar; 12:45-də III sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 13:35-də II sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 14:05-də I sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət dərsləri; 14:40-da – Məktəbdənkənar fəaliyyət; 14:50-də – Futbol dərsi olacaq.

Rus bölməsi üçün sabah saat 15:00-da I sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 15:35-də IV sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi, İnformatika-Rəqəmsal bacarıqlar; 16:15-də VII sinif – Rus dili, Riyaziyyat, Fizika; 16:45-də IX sinif – Rus dili, Riyaziyyat, Fizika; 17:35-də X sinif – Kimya, Riyaziyyat, Coğrafiya dərsləri olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin Mariya Zaxarovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

Sonrakı məqalə

Paşinyan və ailə üzvləri koronavirusdan sağalıblar