Paşinyan və ailə üzvləri koronavirusdan sağalıblar

Ermənistanın Baş naziri Nikol Paşinyan və ailə üzvləri yeni növ koronavirusdan (COVID-19) sağalıblar.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Nikol Paşinyan “Facebook”da bildirib: “Əziz həmvətənlər, ikiqat testimizin nəticələrini aldıq. Hamımızın nəticələri mənfidir. Dünən də nəticələr mənfi idi”.

Nikol Paşinyan əlavə edib ki, o, tam şəkildə işə geri dönür.

Xatırladaq ki, iyunun 1-də Ermənistanın Baş Naziri Nikol Paşinyan “Facebook” səhifəsində koronavirusa yoluxduğunu açıqlayıb. Koronavirus testinin müsbət çıxdığını deyən N. Paşinyan iqamətgahından işləyəcəyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dərs vaxtı”:

Sonrakı məqalə

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi istefa verdi