Rusiya təhlükəsizlik qüvvələri Mahaçqala hava limanındadgecə baş vermiş kütləvi iğtişaşların iştirakçılarının həbsinə başlayıb.
Azpost.info bildirir ki, DİN Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin məlumatına görə, əməliyyatçılar iğtişaşlarda iştirak edən 150-dən çox şəxsi müəyyənləşdirib, onlardan 60-ı saxlanılıb.
İğtişaşçıların tututlması ilə bağlı aparılan əməliyyat zamanı 9 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisi xəstəxanadadır.
Dağıstan hakimiyyəti şəhər və rayonlarda təhlükəsizlik tədbirlərini gücləndirib. Regional hökumətin bəyanatında deyilir ki, respublika rəhbərliyi bu qərarın qəbul edildiyi iclas keçirib.
Rəsmilər hava limanının fəaliyyətini yaxın günlərdə bərpa edəcəklərini vəd ediblər.
Azpost.info