“Dağlıq Qarabağda sülhməramlılar yerləşdirilməlidir” –

LAVROVDAN AÇIQLAMA
14 Oktyabr 2020 - 13:42

“Atəşkəs rejiminin saxlanmasına nəzarət üçün Dağlıq Qarabağda sülhməramlılar yerləşdirilməlidir”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın “Sputnik”, “Qovorit, Moskva” radiosuna və “Moskovskiy Komsomolets”in əməkdaşlarına verdiyi müsahibədə bildirib.

“Birinci mərhələdə, iki rayonun azad edilməsi, bütün kommunikasiyaların, iqtisadi əlaqələrin, nəqliyyat  təmaslarının açılması yanaşı sülhməramlılar yerləşdirilməlidir. Sülhməramlılar hərbi əməliyatların başlamayacağnın qarantı kimi çıxış edəcək”- deyə nazir vurğulayıb.

O bildirib ki, bu mexanizm hazırda faktiki təmas nöqtələrində işləməlidir.  “Moskva hesab edir ki, Qarabağda Rusiyalı müşahidəçilər olmalıdır. Amma son söz münaqişə tərəflərinindir”.