“Dağlıq Qarabağda sülhməramlılar yerləşdirilməlidir” –LAVROVDAN AÇIQLAMA

“Atəşkəs rejiminin saxlanmasına nəzarət üçün Dağlıq Qarabağda sülhməramlılar yerləşdirilməlidir”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın “Sputnik”, “Qovorit, Moskva” radiosuna və “Moskovskiy Komsomolets”in əməkdaşlarına verdiyi müsahibədə bildirib.

“Birinci mərhələdə, iki rayonun azad edilməsi, bütün kommunikasiyaların, iqtisadi əlaqələrin, nəqliyyat  təmaslarının açılması yanaşı sülhməramlılar yerləşdirilməlidir. Sülhməramlılar hərbi əməliyatların başlamayacağnın qarantı kimi çıxış edəcək”- deyə nazir vurğulayıb.

O bildirib ki, bu mexanizm hazırda faktiki təmas nöqtələrində işləməlidir.  “Moskva hesab edir ki, Qarabağda Rusiyalı müşahidəçilər olmalıdır. Amma son söz münaqişə tərəflərinindir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

lham Əliyev “France 24” telekanalına müsahibə verib

Sonrakı məqalə

“Sülhməramlıların bölgəyə göndərilməsi və tərkibi Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır” –