Daha 107 ukraynalı hərbçi əsirlikdən qaytarılıb

Noyabrın 3-də Ukrayna və Rusiya arasında daha bir əsir mübadiləsi baş verib, 107 ukraynalı vətənə qayıdıb.

Bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

“Biz 107 hərbçini – 6 zabit, 101 sıravi və çavuşu azad edə bildik. Onların arasında üç “Azov” döyüşçüsü var. 74 döyüşçü isə “Azovstal”ı müdafiə edib”, – deyə Andrey Yermak əlavə edib.

Əvvəlki məqalə

Patruşev Ramil Usubovla regional məsələləri müzakirə edib

Sonrakı məqalə

Azərbaycan və Ermənistan parlamentlərarası danışıqları keçirilə bilər –