Azərbaycan və Ermənistan parlamentlərarası danışıqları keçirilə bilər –Bu ay

Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli parlamentlərarası danışıqları bu ay keçirilə bilər.

Bu barədə “RİA Novosti“yə Rusiya Federasiya Şurasındakı mənbə deyib.

Bildirilib ki, Federasiya Şurasında gələcək həftələrdə Azərbaycan və Ermənistanla parlamentlərarası dialoqu üçün danışıqlar qrupunun yaradılması müzakirə olunacaq.

“Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli parlamentlərarası danışıqları tezliklə keçirilə bilər. İstisna deyil ki, bu noyabrda baş tutsun”, deyə mənbə qeyd edib.

Əvvəlki məqalə

Daha 107 ukraynalı hərbçi əsirlikdən qaytarılıb

Sonrakı məqalə

49 yeni yoluxma faktı qeydə alınıb